TQDK əlil abituriyentlərin sayını AÇIQLADI

TQDK əlil abituriyentlərin sayını AÇIQLADI

Bu il ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak edəcək gözdən əlil və dayaq-hərəkət sistemində çatışmazlıqlar olan abituriyentlərin sayı bəlli olub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.
Komissiyadan bildirilib ki, 2016/2017-ci tədris ilinin məzunları üçün keçiriləcək imtahanlar 26 əlil abituriyentin iştirakı nəzərdə tutulur.

Onlardan 6-sı I ixtisas qrupuna, 8-i II ixtisas qrupu, 12-i isə III ixtisas qrupuna sənəd verib.
Əvvəlki illərin məzunları üçün bu ilin 15 və 22 may tarixlərində ali təhsil müəssisələrinə keçirilmiş imtahanlarda 17 əlil abituriyent iştirak edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
798 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...