Fətullah Gülən Misirə gedəcək?
15 iyul hərbi çevriliş cəhdinin əsas ideoloqu hesab edilən Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi gündəmin əsas mövzularındandır. Bu səbəbə görə ABŞ-da mühacirətdə olan Fətullah Gülənin qaldığı ölkəni tərk edərək başqa bir dövlətə pənah aparacağı söylənilir. Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, dini icma liderinin bu dəfə üz tutacağı ölkə Misir Ərəb Respublikası ola bilər.
Məsələ ilə bağlı Misirin kemiş prezidentlərindən Adli Mansurun mətbuat müşaviri, Misirli jurnalist Əhməd Əl Müsəlmani maraqlı versiya ortaya atıb. Jurnalist Misirdə yayınlanan “Dream tv” televiziyasında aparıcısı olduğu “İlk nəşr” verilişində Fətulllah Gülənin ABŞ-dan ixrac edilməsi halında Misiər gələ biləcəyini söyləyib.
Əl Müsəlmani Sisi hökumətinin Ərdoğan iqtidarı ilə münasibətlərinin pis olduğu, habelə bir sıra Misir müxalifətçilərinin Türkiyəyə sığınıdğı bir vaxtda bu hadisənin Misirin Türkiyə qarşısında əlini gücləndirəcəyini müdafiə edib.
Əhməd əl Müsəlmaninin bu xəbəri Misir mətbuatında və sosial şəbəkələrdə geniş müzakirə olunub. Tanınımış jurnalist əsasən sosial şəbəkələrdən istifadə edən insanlar tərəfindən sərt tənqidə məruz qalıb. Xatırladaq ki, Əhməd Əl Müsəlmani Misirdə general Əbdül Fəttah Əl-Sisinin hərbi çevriliş edərək Misirin seçilmiş prezidenti Məhəmməd əl Mursini devirməsi zamanı “Misirdə türk inqilabı artıq başa çatdı” ifadəsini işlətmişdi.
825 dəfə oxundu