"Fitch" Azərbaycanda inflyasiya proqnozunu yaxşılaşdırdı
"Fitch" Azərbaycanda inflyasiya üzrə proqnozu yaxşılaşdırıb.
Trend-in məlumatına görə, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2016 və 2017-ci illərdə Azərbaycanda inflyasiya üzrə proqnozu müvafiq olaraq 14-dən 11,5-ə və 7-dən 6 faizədək yaxşılaşdırıb.
Agentliyin hesabatına əsasən, 2018-ci ildə ölkədə inflyasiya 3 faiz səviyyəsində gözlənilir.
"Fitch", həmçinin 2017-ci ildə Azərbaycanda ÜDM-in artım proqnozunu 1,5 faiz səviyyəsində saxlayıb və proqnozu cari ildə 3,3-dən 3 faizədək yaxşılaşdırıb.
Agentlik 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımının 3 faiz olacağını proqnozlaşdırır.
Agentlik adambaşına düşən ÜDM üzrə proqnozu da yaxşılaşdırıb. “Fitch”in məkumatına görə, bu göstərici 2016-cı ildə 3 707 dollar, 2017-ci ildə 4 297 dollar təşkil edib. Yenilənmiş prronoza əsasən, Azərbaycanda adambaşına düşən ÜDM müvafiq olaraq 3 813 və 4 434 dollar, 2018-ci ildə isə 4 948 dollar səviyyəsində gözlənilir.
Agentlik Azərbaycanın xarici valyutada uzunmüddətli defolt emitenti reytinqini “Neqativ” proqnozla “BB+” səviyyəsində, qısamüddətli defolt emitenti reytinqini “B” səviyyəsində təsdiq edib və yerli valyutada “B” qısamüddətli defolt emitenti reytinqi verib.
687 dəfə oxundu