"Allahu əkbər!" qışqırıb avtobusa od vurdular - VİDEO

"Allahu əkbər!" qışqırıb avtobusa od vurdular -


Fransanın paytaxtı Parisdə daha bir olay yaşanıb. Şəhərin həndəvərindəki Sen-Denidə 12 müsəlman radikal 170 saylı marşrutla hərəkət edən sərnişin avtobusunun qarşısını kəsiblər.

Milli.Az Le Monde-a istinadən bildirir ki, onlar "Allahu əkbər!" qışqıraraq avtobusa Molotov kokteyli olan butulkalar atıblar.

Avtobus alışıb yanıb. 15 sərnişin qaçıb xilas olmağı bacarıblar. Hadisə yerinə yollanmış xüsusi təyinatlı polis 4 nəfəri saxlayıb.
Hücumun polis idarəsində 24 yaşlı müsəlman Adam Traorenin vəfatına etiraz aksiyası olduğu vurğulanır. Adam Traore iyulun 19-da Parisdən 21 km şimaldakı Bomon sür Uaz şəhərciyindəki polis idarəsində, kamerada keçinib. Rəsmi məlumata görə, onun ölüm səbəbi asfiksiya (boğulma) olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
846 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...