Dolların möhkəmlənməsi davam edəcək - "Report"

Dolların möhkəmlənməsi davam edəcək -


ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini sentyabrın 26-27-də keçirəcəyi növbəti iclasında artıracağı gözlənilir. "Report"un analitik qrupu hesab edir ki, dünən, avqustun 3-də ABŞ-ın özəl sektorda yeni iş yerlərinin sayının 179 000 ədəd artması ölkədə əmək bazarının dayanıqlı müsbət inkişafda olduğunu göstərir.

"Bloomberg" agenliyinin sorğusunda iştirak edən iqtisadçıların əksəriyyəti bu göstəricinin 165 000 olacağını ehtimal edib. Açıqlanan rəqəmlər proqnozdan kifayət qədər yüksək olub və valyuta bazarında dolların möhkəmlənməsinə gətirib çıxarıb. Belə ki, məzənnə 1,1236 USD/EUR səviyyəsindən 1% geriləyərək 1,1125 USD/EUR-ə çatıb.

Xatırladaq ki, sabah ABŞ-da kənd təsərrüfatı istisna olmaqla məşğulluq göstəricisi aşıqlanacaq. Bu göstəricinin 180 000 olması proqnozlaşdırılır. "Report"un analitik qrupu məşğulluq göstəricisinin proqnozdan yüksək olması halında dolların sürətlə möhkəmlənəcəyini ehtimal edir. Dolların möhkəmlənməsinə səbəb FES-in ABŞ-da ardıcıl açıqlanan müsbət iqtisadi göstəricilər fonunda faiz dərəcələrini artırması olacaq. Qeyd edək ki, avqustun 3-də Çikaqo FES-inin rəhbəri Ç.Evans bildirib ki, 2016-cı ildə faizlərin bir dəfə artırılması iqtiadi şəraitə uyğun hesab edilə bilər.

FES borcvermə faizlərinin artırılılmasının və bununla da maliyyə bazarlarından son illərdə iqtisadi stimullaşdırma çərçivəsində verilən əlavə likvidliyin çıxarılmasının zəruriliyini dərk edir. FES-in faizləri artırmaq qərarını gecikdirməsi maliyyə bazarlarında spekulyativ qiymət artımlarına gətirib çıxarır. Belə ki, hazırda qlobal iqtisadi artım tempi aşağı olsa da fond indeksləri tarixi maksimal həddə yaxındır. Bu durum FES-i narahat edir və gələcəkdə kəskin maliyyə böhranı ehtimallarını artırır.
Buna görə də "Report"un analitikləri FES-in uçot dərəcəsini sentyabr iclasında artırması ehtimalları olduqca yüksəkdir: "Bu ehtimallara əsaslanaraq USD/EUR məzənnəsinin paritetə doğru irəliləyəcəyi proqnozlaşdırılır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
798 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...