"Sovetski"də aparılan işlərlə əlaqədar altı küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

"Sovetski"də aparılan işlərlə əlaqədar altı küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır


Yasamal rayonunun keçmiş "Sovetski" ərazisində yeni yol-nəqliyyat infrastrukturunun salınması və abadlıq işlərinin aparılması ilə əlaqədar avqustun 5-dən etibarən Mirzağa Əliyev, Abdulla Şaiq, Zülfi Adıgözəlov, Mustafa Sübhi, Mirzə Fətəli Axundov və Murtuza Muxtarov küçələrinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulub.

Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, qeyd edilən ərazidə yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Çingiz Mustafayev küçəsində nəqliyyat vasitələrinin hərəkəti Zərgərpalan küçəsindən Nəriman Nərimanov prospekti istiqamətində birtərəfli təşkil edilərək Mirzağa Əliyev küçəsi vasitəsilə hərəkət edən nəqliyyat vasitələri bu küçəyə yönləndiriləcək.

Sürücülərə alternativ yollarla hərəkət etməyi tövsiyə olunur.

Bundan başqa, Çingiz Mustafayev küçəsində hərəkətin qeyd edilən istiqamətdə təşkil edilməsi məqsədilə ümumilikdə 39 ədəd (18 ədəd “Dayanmaq qadağandır” (3.27), 3 ədəd “Baş yol” (2.1), 4 ədəd “Dayanmadan keçmək qadağandır” (2.5), 6 ədəd “Giriş qadağandır” (3.1), 3 ədəd “Düzünə və ya sola hərəkət” (4.1.5), 2 ədəd “Düzünə hərəkət” (4.1.1), 1 ədəd “Birtərəfli hərəkət” (5.5) və 2 ədəd “Sola hərəkət” (4.1.3)) yol nişanının quraşdırılması nəzərdə tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
759 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...