Fətullah Gülənə iki dəfə ömürlük və 1900 il həbs cəzası istənilir

Fətullah Gülənə iki dəfə ömürlük və 1900 il həbs cəzası istənilir


Türkiyənin Uşak rayon İkinci Ağır Cəza Məhkəməsi Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı 1 il davam edən "paralel dövlət" işinin istintaqı çərçivəsində hazırlanan iddianaməni qəbul edib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iddianamədə Fətullah Gülən əsas şübhəli qismində yer alıb.

Uşak rayon Prokurorluğu tərəfindən hazırlanan iddianamədə 111 şübhəli şəxs silahlı terror təşkilatı qurmaq və idarə etmək, terroru maliyyələşdirmək, Konstitusiya quruluşunu dəyişməyə cəhd göstərmək, hökuməti aradan qaldırmağa təşəbbüs və dələduzluqda təqsirləndirilir.

Həmin şəxslərə 2 ildən ömürlük həbsə qədər müxtəlif cəzalar tələb olunur.

İddianamədə F. Gülən zorakı yolla Türkiyənin Konstitusiya quruluşunu dəyişmək və hökuməti devirməyə təşəbbüs göstərmək, silahlı terror təşkilatı qurmaq və idarə etmək, insanların dini inanc və duyğularından sui-istifadə edərək dələduzluq etmək və terroru maliyyələşdirməkdə günahlandırılır.

F. Gülən haqqında 2 dəfə ömürlük və 1900 il həbs cəzası tələb edilir.

İddianamədə Uşakda 1984-cü ildən fəaliyyət göstərən FETÖ-nün uzun illər rəsmi qurumlar və təhlükəsizlik strukturlarında təşkilatlanaraq dövlət arxivlərinə daxil olmağı bacardığı qeyd edilib. Maliyyə vəsaitlərinin vasitəçi şirkətlərin xətti ilə ABŞ-a göndərildiyi də vurğulanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
804 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...