Qafqaz Universitetindən kənarlaşdırılan türkiyəli müəllimlər Azərbaycanı tərk edirlər

Qafqaz Universitetindən kənarlaşdırılan türkiyəli müəllimlər Azərbaycanı tərk edirlər


Son günlər mətbuatda gedən məlumatlara görə, Qafqaz Universitetinin Fətullah Gülənlə əlaqəsi olan türkiyəli müəllimləri bu ali təhsil ocağından xaric edilib. Modern.az saytı məsələ ilə bağlı Bakı Ali Neft məktəbinin rektoru, “Qafqaz” Universitetini müvəqqəti idarə edən Elmar Qasımovun fikirlərini öyrənib. E.Qasımov bildirib ki, Qafqaz Universitetində çalışmış 50-dək türk müəllimlərin işdən çıxarılmasında qeyri-adi bir şey yoxdur.

“İşdən çıxarılan türk müəllimlərin əmək müqaviləsi başa çatmışdı və burada hansısa səbəblərin axtarılması da düzgün deyil. Qanunvericiliyə əsasən, onlarla yenidən əmək müqaviləsinin bağlanması və yaxud buna xitam verilməsi birbaşa rəhbərliyin səlahiyyətində olan məsələdir. Biz də bu müqavilələri yeniləmədik”.

Universitet rektoru türk müəllimlərin yerinə azərbaycanlı müəllimlərin işə qəbul edildiyini açıqlayıb:

“Gedənlərin yerinə daha çalışqan azərbaycanlı müəllimlər işə qəbul edilir”.

Qafqaz Universitetindən kənarlaşdırılmış 50-dək türk müəllimin aqibətinə gəlincə, Elmar Qasımov bildirib ki, artıq bu, onların səlahiyyətində olan məsələ deyil.

“Məndə olan məlumat odur ki, onlar Azərbaycanı tərk ediblər”.

Xatırladaq ki, iyulun 20-də təsisçinin – SOCAR-ın nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib. Köhnə rektor Ahmet Sanıçın yerinə Elmar Qasımov təyin olunub. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi SOCAR-ın təsisçiliyi ilə yaradılıb və nəzdində Bakı İstedadlar Təhsil Kompleksi, Bakı Fransız Liseyi də fəaliyyət göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
900 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...