"Erməni güləşçi cəzalandırılmalıdır" - Azərbaycandan etiraz

"Erməni güləşçi cəzalandırılmalıdır" -


“Azərbaycan dövlətinin idmana olan münasibəti, qayğısı bütün dünya tərəfindən qəbul olunub. Sülhsevər, hər
zaman insanlar arasında barışdırıcı mövqe tutan olimpiya oyunlarında ermənilərin təxribata əl atması qəbul edilməzdir”. Bunu AzVision.az-a açıqlmasında Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Rioda keçirilən Yay Olimpiya Oyunlarının XII yarış günündə qızıl medal qazanan erməni güləşçi Artur Aleksanyanın aprel döyüşləri ilə bağlı siyasi təxribata yol verməsinə münasibət bildirərkən deyib.


Millət vəkili bildirib ki, Artur Aleksanyanın aprel döyüşlərində məhv edilən erməni hərbçinin şəkilinin əks olunduğu köynəklə kürsüyə çıxması yolverilməzdir və Azərbaycan tərəfi bununla bağlı müvafiq qurumlara müraciət etməlidir.

“Ermənilər Azərbaycan torpaqlarını işğal ediblər. Onlar torpaqlarımızda öz işğalçı qoşunlarını, təxribatçı qrupları yerləşdiriblər. Hələ bununla kifayətlənməyən ermənilər öz mənfur niyyətlərini olimpiya oyunları zamanı da dünyaya nümayiş etdirdilər. Ermənilərin təxribaçı əməlləri ilə bağlı müvafiq addımlar atmalıyıq.

Beynəlxalq Olimpiya Komitəsinin nizamnaməsində qeyd olunub ki, heç bir siyasi, irqi dözümsüzlük nümayiş etdirmək olmaz. İdmana aid olmayan yazılar, hətta reklam kimi qəbul edilən məsələlər Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qadağan olunub. Bu, təbii ki, məsələninin hüquqi tərəfidir. Mənəvi tərəf isə ondan ibarətdir ki, ermənilər də, beynəlxalq icitmaiyyət də yaxşı bilir ki, bizim şəhidlərimiz öz torpaqlarımızın işğaldan azad olunması uğurunda canlarını qurban veriblər. Ermənilər isə işğalçı niyyətlərini davam etdirərkən ölüblər”, - deyə deputat vurğulayıb.

Deputat qeyd edib ki, mötəbər yarışda çirkin siyasi təxribata yol verən erməni idmançı və onun komandası cəzalandırılmalıdır. Qeyd edək ki, Yay Olimpiya Oyunlarının XII yarış günündə son 20 il ərzində Ermənistana ilk qızıl medalı qazandıran güləşçi Artur Aleksanyan böyük siyasi təxribat yol verib. Aleksanyan mükafatlandırma mərasiminə aprel döyüşlərində məhv edilmiş Qarabağdan olan erməni kiçik çavuş Robert Abadcanın şəkli olan köynəklə çıxıb. Eyni zamanada o, qələbəsini aprel döyüşlərinin “qəhərəmanı” olan erməni hərbçilərinə həsr etdiyini bildirib. Erməni idmançı bu addımı ilə Azərbaycana qarşı çirkin təxribat törədib.

Ermənistanın Olimpia komitəsi erməni idmançının bu hərəkətinə haqq qazandıraraq onun sözügedən fotosunu rəsmi saytının ermənidilli versiyasında yerləşdirib. Bununla Komitə özü də qaydaları ciddi şəkildə pozub. Belə ki, Olimpiya Xartiyasının 4-ci bəndinin 10-cu maddəsinə görə, Milli Olimpiya Komitələri idmandan siyasi məqsədlərlə istifadəyə yol verməməlidirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...