Mehriban Əliyeva Bolqarıstan şəhərinin fəxri vətəndaşı seçildi

Mehriban Əliyeva Bolqarıstan şəhərinin fəxri vətəndaşı seçildi

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bolqarıstanın "Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı" seçilib. Trend xəbər verir ki, bu barədə Veliko Tırnovo icmasının saytında yerləşdirilmiş məlumatda deyilir. Şəhər meri Daniel Panovun Azərbaycanın birinci xanımının fəxri vətəndaş seçilməsi haqqında təklifi bu gün keçirilmiş təntənəli iclasda yekdilliklə qəbul edilib.

Birinci xanım Mehriban Əliyevaya fəxri vətəndaş adı Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunması və təşviqində böyük töhfəsi və iştirakına görə verilib.

Ötən ilin mayında Sofiyada "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun konservasiyası və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında saziş imzalanıb.

Bu saziş çərçivəsində birinci xanım Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu tarixi abidədə 150 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 700 metr uzunluğunda turist xiyabanının inşasını, mədəniyyət mərkəzinin yaradılmasını və təchiz olunmasını, ərazidəki 3 kilsənin təmiri və konservasiyasını, qoruğa gələn qonaqlar üçün nəqliyyat infrastrukturunun yaradılmasını həyata keçirib.

"Trapezitsa" Memarlıq Muzeyi Qoruğu Bolqarıstanın qədim mədəniyyət abidəsidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1025 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...