Ermənilərlə atışmada əsgərimiz həlak olmayıb - Müdafiə Nazirliyi

Ermənilərlə atışmada əsgərimiz həlak olmayıb -


“Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonundan hərbi xidmətə çağırılmış əsgər Qəmbərov Vüsal Razim oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil”. APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, hazırda araşdırma aparılır. Müdafiə Nazirliyi növbəti dəfə kütləvi informasiya vasitələrinə müraciət edərək bildirir ki, Silahlı Qüvvələr haqqında yoxlanılmamış və rəsmi təsdiq edilməmiş məlumatların verilməsi qəbuledilməzdir.

Qeyd edək ki, bəzi KİV-də Naxçıvandakı N saylı hərbi hissənin əsgəri, Şəmkir rayon Tatarkənd sakini, 1997-ci il təvəllüdlü Qəmbərov Vüsal Razim oğlunun ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olduğu barədə məlumat yayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
737 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...