ABŞ çaş-baş qaldığını etiraf etdi - "Türkiyə Cərablusa necə girdi?
ABŞ hökuməti Türkiyənin Cərablus əməliyyatının həftələrlə davam edəcəyini və güclü müqavimətlə qarşılaşacağını düşünürdü. Avropa.info xəbər verir ki, Ağ Ev ilə Pentaqon arasındakı anlaşılmazlıq səbəbilə məsələ Obamanın masasının üzərinə gəlib çatmadan Türkiyə Azad Suriya Ordusu ilə Suriyaya girdi.
ABŞ-ın qabaqcıl qəzetlərindən olan “Wall Street Journal” Türkiyənin 14 saat içindəki müvəffəqiyyətinə çaş-baş qalan ABŞ-ın yanıldığını etiraf etmək məcburiyyətində qalıb.
ABŞ-ın ən çox satan qəzeti “Wall Street Journal” Türkiyənin "Fərat Qalxanı" əməliyyatının pərdə arxasında ABŞ ilə aparılan müzakirələr haqqında geniş yazı dərc edib.
Qəzetin yaydığı xəbərə görə Türkiyənin 14 saat ərzində müvəffəqiyyətlə nəticələnən əməliyyatlarını başlamazdan əvvəl razılıq əldə olunsaydı 40 ABŞ xüsusi təyinatlısı da əməliyyatda iştirak edəcəkdi.
Qəzetin "Türkiyənin Suriyadakı İŞİD hücumu ABŞ-ı hazırlıqsız yaxaladı" başlığı ilə dərc etdiyi xəbərdə dövlət rəsmilərinin açıqlamalarına görə pərdə arxasında aparılan Ankara və Vaşinqton arasındakı koordinasiya süquta uğrayıb.
Xəbərdə bildirilir ki, Cərablusun 14 saat içində tamamilə təmizlənməsi ABŞ-ı çaş-baş qoyub.
Türk və ABŞ rəsmilərinə istinadən verilən xəbərdə bildirilir ki, Cərablus əməliyyatında 40 ABŞ hərbçisi də iştirak etməli olub. Amma Ağ Evlə Pentaqon anlaşılmazlığa düşdüyü üçün ABŞ hərbçiləri əməliyyatda iştirak etməyib və əməliyyat haqqında məlumat Obamanın masasına belə çatmadan türk ordusu Azad Suriya Ordusu Suriyaya girib.
Əməliyyat zamanı ABŞ-ın bölgədəki komandanı səlahiyyətindən istifadə edərək türk ordusuna havadan dəstək verib.
Cərablusun ələ keçirilməsinə təəccüblənən ABŞ hökuməti həftələrlə müqavimət gözlədiyi halda hesablamalarda yanlış etdiyini etiraf etmək məcburiyyətində qalıb.
“Wall Street Journal” xəbəri “ABŞ rəsmiləri İŞİD-in bu şəhəri əlində saxlamaq qətiyyətini səhv qiymətləndirdiklərini qəbul edirlər” cümləsi ilə bitirib.
808 dəfə oxundu