Türkiyə daxili işlər nazirinin istefa səbəbi bəlli oldu

Türkiyə daxili işlər nazirinin istefa səbəbi bəlli oldu


Türkiyənin daxili işlər naziri Əfqan Alanın istefaya getməsinin səbəbi prezident Rəcəb Tayyib Ərdoğanın onun işindən narazı qalması ilə bağlıdır

Bu barədə "Hürriyet" qəzeti məlumat verib. Qəzetin daha əvvəl verdiyi məlumata görə, Ə.Ala qeyd etmişdi ki, ölkə kəşfiyyatının 7 min işçisindən təqribən 6,5 mini Fəthullah Gülən hərəkatının tərəfdarıdır və bu bəyanat Türkiyə hökuməti tərəfindən olduqca mənfi qarşılanmışdı.

Ə.Alanın istefasının digər səbəbi isə hərbi çevriliş günü onunla əlaqə saxlamağın mümkün olmaması ilə əlaqədardır. Məlumata görə, həmin vaxt daxili işlər naziri Ankarada yox, Ərzurum vilayətində olub. Qeyd edək ki, istefadan əvvəl Ankarada Ə.Ala ilə Azərbaycanın daxili işlər naziri Ramil Usubov arasında görüş olmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
804 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...