Moskva və İrəvan arasında diplomatik qalmaqal

Moskva və İrəvan arasında diplomatik qalmaqal


Ermənistanın Rusiyadakı səfiri Oleq Esayan tanınmış erməni politoloq, “Qloballaşma və regional əməkdaşlıq” mərkəzinin rəhbəri Stepan Qriqoryanın Rusiyaya girişinə qadağa qoyulması ilə bağlı izahat tələb edib.

AzVision.az xəbər verir ki, bu barədə hakim Respublika partiyasının parlament fraksiyasının rəhbəri Qaik Melikyan Azadlıq Radiosunun erməni bölməsinə müsahibəsində bildirib.

“Hesab edirəm ki, bu qadağa ilə bağlı rəsmi bəyanat verilməlidir. Yalnız bundan sonra nəyin baş verdiyini aydınlaşdırmaq olar. Hesab edirəm ki, Ermənistanın Rusiyadakı səfirinin tələbi ilə bağlı rəsmi bəyanat veriləcək. Yalnız bundan sonra biz rəsmi məlumata əsaslanaraq bəyanat verəcəyik”, - Melikyan bildirib.

Xatırladaq ki, daha əvvəl Qriqoryan Moskvada hava limanında saxlanılıb. Rusiyalı sərhədçilər onun 2030-cu ilədək Rusiyaya girişinin qadağan olunduğunu bildirib.

Politoloqun fikrincə, onun rəhbərlik etdiyi təşkilat erməni xalqının gələcəyini Avropa ailəsində görür. Məhz bu mövqe Rusiya hakimiyyətinin onun barəsində qəbul etdiyi qərara təsir edib.

Qeyd edək ki, Qriqoryan avqustun 30-da Ermənistana deportasiya olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
803 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...