“Türkiyədə çevriliş cəhdinin arxasında Mərkəzi Kəşfiyyat İdarəsi durub” -
15 iyul hadisələri ABŞ-da ağrılı duyumlar doğurmağa başlayıb. Çevriliş boğulub, lakin aydın olur ki, onun arxasında Fətüllla Gülənin FETÖ terrorçu təşkilatı ilə yanaşı, MKİ də durub və bu durum Amerikada təşviş doğurur. Etiraflar dalbadal gəlir.
Son bu cür etirafı ABŞ prezidenti Barak Obamanın keçmiş müşaviri Zbiqnev Bjezinski edib. Amerikanın “kölgə MKİ” adlandırılan "Stratfor" kəşfiyyat agentliyinin çevriliş cəhdi barədə iyulun 15-də dərc etdiyi məlumat olduqca səciyyəvi idi. Onlar əvvəlcə çevrilişi dəstəkləyib və hətta prezident Ərdoğann təyyarəsinin marşrutunu dərc edib, sonra isə çevriliş cəhdi iflasa uğrayanda, analitik material hazırlayıblar.
İyulun 16-nın ilk saatlarında “Türkiyədə çevriliş niyə iflasa uğradı?” başlığı ilə çıxmış məqalədə "Stratfor" agentliyi qeyd edir ki, çevrilişin əsas siması FETÖ-dür.
Qiyamçılara münasibətdə başlanmış təmizləmədən sonra Amerika sükutu ictimai rəyin formalaşdırılması üzrə diqqəti yayındıran əməliyyatla əvəz etdi. İyulun 29-dan başlayaraq FETÖ-nün təmizlənməsi xüsusunda narahatlığını ifadə etdi. Məsələ FETÖ liderinin ekstradisiyasına gedib çıxarkən içiboş ritorika ilə bizə qarşı çıxış etməyə başladılar və narahatlıq ifadə etdilər ki, Türkiyənin demokartik institutlarına ziyan vurulur. Və ekstradisiya haqda məsələni uzatmağa başladılar.
Axı onlar əşyayi-dəlillə yaxalanmışdı və bu mərhələdə FETÖ liderinin ekstradisiyası çevrilişi təşkil etməyin etirafına bərabər idi.
Respublikaçılardan prezidentliyə namizəd Donald Tramp sosial şəbəkələrdə 15 iyul hadisələri haqda yazarkən qeyd edib ki, çevrilişin arxasında MKİ durur.
Dərhal hərəkətə başladılar. Tramp bu tviti pozdu və hətta bu haqda məlumat xəbər saytlarından silindi. Kəşfiyyatın əməkldaşları növbəti gün Trampı brifinqə dəvət etdilər.
Son etirafı isə Bjezinski edib. Ağ Evin ən məharətli kəşfiyyatçılarından biri.
Obamanın Yaxın Şərqi şahmat lövhəsinə oxşadan keçmiş müşavirini xatırlayırsınız?
Bjezinski öz məqaləsində çevriliş cəhdində MKİ-nin rolunu təsvir edib. O vurğulayıb ki, FETÖ-yə dəstək veriblər. Və qeyd edir ki, çevrilişin boğulması ilə bütün həqiqətlər üzə çıxıb, eyni zamanda ABŞ 15 iyul çevrilişini dəstəkləməklə Türkiyəyə nisbətdə öz siyasətində ən kobud səhvə yol verib.
Bjezinskinin bu etirafı lazımınca düşünülməmiş deyil. O, prosesi analiz edib. Həmçinin yazıb ki, Türkiyə 15 iyuldan sonra xüsusən də Suriya məsələsində İran və Rusiya ilə yaxınlaşmağa başlayıb, bu durum isə ABŞ-ın Suriya siyasətinə ziyan vurur.
Türkiyə ABŞ-ın 15 iyul satqınlığına cavab olaraq Suriya üzrə siyasətini yenidən nəzərdən keçirib ruslarla danışıq masasının arxasına əyləşdi. Sonra ABŞ-ı qəliz durumda qoyub “Fərat qalxanı” əməliyyatına başladı.
Təcrübəli kəşfiyyatçı diqqəti bu duruma yönəldir. O deyir: “Türkiyəyə qarşı ikiüzlülük etməsəydik, onda Türkiyə Suriyada əks tərəfdə deyil, bizim tərəfimizdə olardı”.
Çünki ABŞ-ın Suriya siyasəti zorakılıq atmosferinin dayandırılmasına deyil, beş il yarım sürən davama yönəlib. Bu atmosfer qalınca “Demokratik Birlik” partiyası kimi terrorçu təşkilat ABŞ-ın Suriyadakı iştirakına zəmanət verir. “Fərat qalxanı” əməliyyatı məhz buna qarşı çıxış edir və bununla da ABŞ-ın zəif damarına toxunur.
Bununla bağlı ABŞ-ın keçmiş Ankara səfiri Ceyms Cefrinin sözlərini xatırlatmaq faydalı olardı: “Türklərə verdiyiniz vədlərə əməl etməsəniz, təəssüflənəcəksiniz”.(Strateq.az)
790 dəfə oxundu