UEFA Ermənistanı yüksək məbləğdə cərimələyə bilər

UEFA Ermənistanı yüksək məbləğdə cərimələyə bilər

İyunun 13-ü “Avro-2016”-nın seçmə mərhələsində baş tutan Ermənistan-Portuqaliya oyununun 43-cü dəqiqəsində hazırda həbsdə olan siyasi fəal, “Seqakron” partiyasının prezidenti Şanta Arutyunyanın oğlu Şagen Arutyunyan meydana çıxaraq qaçmağa başlayıb. Bu barədə Trend Ermənistan mətbuatına istinadən məlumat verir. Ş.Arutyunyan bununla atasının və digər siyasi fəalların həbsinə etiraz edib. Oyun 3 dəqiqə müddətinə dayandırılıb və səbəbkar asayiş keşikçiləri tərəfindən stadiondan çıxarılıb.
Bununla əlaqədar UEFA nümayəndəsi xüsusi raport hazırlayıb. Bu raport əsasında tezliklə UEFA tərəfindən inzibati qərar qəbul ediləcək.

Xatırladaq ki, meydana çıxan tamaşaçı ilə əlaqədar oyun dayandırılarsa, ev sahibliyi edən tərəf 80-130 min avro məbləğində cərimələnir. Ş.Arutyunyanın əlində siyasi plakat tutduğunu da nəzərə alsaq, bu ciddi qayda pozuntusu hesab edilir. Hadisə təkrarlanarsa, Ermənistanı minimum bir ev görüşünü tamaşaçısız keçirmək təhlükəsi gözləyir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1221 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...