Dəıniz Baykal spiker seçildi

Dəıniz Baykal spiker seçildi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) ilk toplantısı başlayıb. “Qafqazinfo”nun anadolu agentliyinə istinadən məlumatına görə, sədrliyi CHP-nin keçmiş lideri Deniz Baykal TBMM sədri Cemil Çiçəkdən götürüb, yığıncağa sədrlik etməyə başlayıb. Onunla birlikdə başqanlıq divanında HDP partiyasının Vandan olan millət vəkili Tuğba Hezer və AKP-nin Tokat millət vəkili Fatma Gaye Güler öz yerini alıb.

Açılışda Deniz Baykal öz yerini alan zaman Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan TBMM-a daxil olub. Deniz Baykal açılışı edib, Ərdoğanın məkana gəldiyini qeyd edib. Bu zaman toplantıda əyləşən AKP üzvləri prezidenti alqışlayıb.

TBMM sədrinin çıxışından sonra andiçmə mərasimi başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1214 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...