Saymon Kleqq: “Oyunların keyfiyyətinə şübhə ola bilməz”

Saymon Kleqq: “Oyunların keyfiyyətinə şübhə ola bilməz”

“Bakı-2015” I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq xarici mətbuatda və bir sıra ölkələrdə Azərbaycanda keçirilən ilk Avropa Oyunlara qarşı aparılan qərəzli kampaniyaya münasibət bildirib

O, bildirib ki, Avropa Olimpia Komitəsi hər şeydən həddindən artıq məmnundur: “Oyunların dünya səviyyəli idman yarışları formasında keçirilməsi üçün hamı əlindən gələni edir. İdmandan kənar məsələlərə vaxt ayırmamalıyıq, yarışlardan yayınmamalıyıq. Təşkilat Komitəsi olaraq işimiz idmana fokuslanmaq və ən yaxşı yarışlar təşkil etməkdir. İdman yarışlarının keyfiyyətini heç kim sual altına qoya bilməz”.

O, qeyd edib ki, ötən gün I Avropa Oyunları yarışlarına əlavə olaraq, 5 min də bilet satılıb: “Bundan əvvəlki gün isə əlavə olaraq, 12 mindən çox bilet satılmışdı. Hazırda əlavə biletlərin satışı davam edir. Eyni zamanda artıq Bakı Olimpiya Stadionunda bağlanış mərasiminin keçirilməsi üçün hazırlıq işlərinə başlanılıb”.

S.Kleq həmçinin əlavə edib ki, bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək: “Bu gün üzgüçülük və qılıncoynatma idman yarışları üzrə medallar təqdim ediləcək. Bu gün yarışlara 22 min tamaşaçının, sabah isə cüdo yarışlarının başlaması ilə əlaqədar olaraq 30 min tamaşaçının olacağı gözlənilir”. (azvision.az)


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1185 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...