Metyu Brayza: Ermənistan hökuməti strateji səhvə yol verdi

Metyu Brayza: Ermənistan hökuməti strateji səhvə yol verdi

Ermənistan özünü energetika baxımından Rusiyadan tam asılı vəziyyətə salaraq seçim azadlığından məhrum oldu. Rusiya bu ölkənin bütün enerji strukturunu əldə edib.

Bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.

Onun sözlərinə əsasən, ABŞ Ermənistana uzun illər təklif edib ki, Rusiyadan enerji daşıyıcılarının tədarükü asılılığını azaltsın.

M.Brayza qeyd edib ki, lakin Ermənistan bunu etmədi və nəticədə Rusiya şirkətləri Ermənistanın enerji infrastruktrunun obyektlərini satın aldılar: "Bu, Ermənistan hökumətinin strateji səhvi oldu".

O hesab edir ki, Ermənistandakı etiraz aksiyalarını Ukraynadakı hadisələrlə müqayisə etmək düzgün deyil, çünki hər iki hadisə unikaldır: "Ermənistan hökuməti Rusiyanın enerji şirkətləri ilə danışıqlar stolu arxasına oturmalıdır".

M.Brayza diqqətə çatdırıb ki, Ermənistandakı etiraz aksiyalarına görə günahı ABŞ-ın üzərinə artmaq düzgün olmazdı, çünki Vaşinqtonun bu hadisələrlə heç bir əlaqəsi yoxdur.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1177 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...