Azərbaycanın 3 boksçusu finalda mübarizə aparacaq
Bu gün Bakı-2015 I Avropa Oyunlarında boks üzrə yarışlar davam edir.
Apasport.az saytının məlumatına görə, kişilər arasında 52 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Elvin Məmişzadə yarımfinalda almaniyalı Hamza Tubaya qalib gələrək, 3:0 (29:28; 29:28; 28) finala vəsiqə qazanıb. O, çempionluq üçün italiyalı Viçenzo Rikardi ilə döyüşəcək.
64 kq çəki dərəcəsində Lorenzo Sotomayor Ukrayna təmsilçisi Viktor Petrov üzərində 3:0 (30:27; 30:27; 30:27) hesablı qələbə nəticəsində finala yüksəlib. Kuba əsilli idmançımız finalda italiyalı Vinçenzo Manqiakapre ilə üz-üzə gələcək.
+91 kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov zədə səbəbindən yarımfinal qarşılaşmasına çıxmayacaq. Bu gün təmsilçimizin bürünc medal alması rəsmiləşib.
81 kq çəkidə Teymur Məmmədov finalda italiyalı Valentino Manfredonia ilə görüşəcək.
Qadınlar arasında 54 kq çəki dərəcəsində Anna Əlimərdanova yarımfinalda Rusiya idmançısı Yelena Savelevaya uduzub – 3:0 (40:36; 39:37; 40:36).
Əlimərdanova isə yarımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib. Bu, boks komandamızın 2-ci, yığmamızın 41-ci mükafatı olub.
1197 dəfə oxundu