Azərbaycan Avropa Şurasından çıxa bilər

Azərbaycan Avropa Şurasından çıxa bilər
Aİ-nin (Avropa İttifaqı - red.) bəzi strukturları ilə birlikdə AŞPA da nümayiş etdirir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir, “biz necə istəyirik o da olmalıdır” prinsipi əsasdır.
Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qurumların mövqeyi bunu açıq-aydın göstərir. İkili standartın digər nümunəsi də budur. Təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər. Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur”, - o qeyd edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1178 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...