"Qərar verdim ki, az yeyim, amma səsim yerində qalsın" Zamiq

"Qərar verdim ki, az yeyim, amma səsim yerində qalsın"


Müğənni Zamiq Hüseynov şou-proqramlara getmir. Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda "Star life" verilişində xəbər verib. O, bu yolla səsini qorumağa çalışdığını bildirib: "4 ildir ki, şou-proqrama getmirəm. Gedirdim, oxumağımı itirirdim. Gündə 4 yerdə çıxış edirdim. Pula ehtiyacım var, amma özümə, ifama yazığım gəlir. Səslənməyə qarşı çox həssasam. Hər yerdə bir səslənmə, fərqli aparatlar idi. Fonoqram olurdu, amma yenə də oxuyurdum. Gecə yatırdım, səhər ayılanda görürdüm ki, səsim batıb. Studiyaya girəndə mahnı ifa edə bilmirdim. Qərar verdim ki, az yeyim, amma səsim yerində qalsın".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1137 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...