Qırğız deputat İŞİD-ə dəstək verdiyi üçün saxlanılıb

Qırğız deputat İŞİD-ə dəstək verdiyi üçün saxlanılıb


Qırğızıstan parlamentinin sabiq deputatı “İslam Dövləti” (“İŞİD”) terror qruplaşmasına dəstək verməkdə təqsirləndirilərək saxlanılıb. APA-nın xəbərinə görə, bu barədə Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. "Saxlanılan şəxs pul vəsaiti və silah-sursat vasitəsilə terrorçu qruplaşmaya yardım edib", deyə məlumatda bildirilir. Saxlanılan şəxsin adı istintaq sirri olduğuna görə açıqlanmır. Yalnız o məlumdur ki, həmin şəxs parlamentdə "Ak Jol" iqtidar fraksiyasına daxil olub. Sabiq deputat Bişkek hava limanında, ölkəni tərk etmək istəyərkən saxlanılıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1677 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...