Baş Prokurorluq Cahangir Əsgərovu yoxlaya bilər RƏSMİ

Baş Prokurorluq Cahangir Əsgərovu yoxlaya bilər


“Azərbaycanın Baş Prokurorluğu sovet dövründə olduğu kimi nəzarət orqanı funksiyasına malik deyil. Lakin əgər bizə AZAL Dövlət Konserninin fəaliyyətinə dair müraciət daxil olsa, biz onu qanunvericilik çərçivəsində nəzərdən keçirəcəyik. Bununla belə qeyd etməliyəm ki, Baş Prokurorluq aviadaşımalarla məşğul olan şirkətin qiymət siyasətinə qarışmır”. Bu sözləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyev virtulalaz.org saytının əməkdaşının sualına cavab olaraq deyib.

Kamran Əliyevin sözlərinə görə, prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ölkədə toxunulmaz adam yoxdur və kimsə hansısa qanunsuz əməl törədərsə, qanun qarşısında cavab verəcək. “Bizə AZAL-da korrupsiya və mənimsəmə faktları baradə müraciət daxil olmayıb. Lakin biz bu gün görürük ki, dövlət konserni prezidentin çıxışından nəticə çıxarıb və aviabiletlərin qiymətini aşağı salmağa başlayıb”- deyə Kamran Əliyev bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1196 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...