Beynəlxalq Bankın İdarə Heyətinin yeni sədri məlum oldu

Beynəlxalq Bankın İdarə Heyətinin yeni sədri məlum oldu


Azərbaycan Beynəlxalq Bankı ASC-nin Müşahidə Şurasının iclası keçirilib. "Report"un ABB-dəki etibarlı mənbədən əldə etdiyi məlumata görə, Müşahidə Şurasının iclasında İdarə Heyətinə sədr seçilməsi və İdarə Heyətinin üzvlərinin təyin edilməsi məsələsi müzakirə edilib. Məlumata görə, İdarə Heyəti sədri vəzifəsinə 3 nəfərin namizədliyi qeydə alınıb. Onlardan biri "Kapital Bank" ASC-nin keçmiş, "Azəri-Türk Bank" ASC-nin isə indiki rəhbəri Elmar Məmməd oğlu Məmmədov, ikincisi Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, “Aqrar Kredit” Səhmdar Kredit Təşkilatının idarə heyətinin sədri Məmməd Qurban oğlu Musayev və üçüncü əsas namizəd isə Azərbaycan Mərkəzi Bankın Baş direktoru Rəşad Temraz oğlu Orucov olub.

İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov seçilib.

ABB-dən əldə etdiyimiz digər məlumatda isə bu gün səhər saatlarında bankın idarə heyətinin sədrinin müavini və baş maliyyə direktoru Hacıyev Rəşad Tofiq oğlu vəzifəsindən istefa verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1277 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...