Yol polisindən sürücülərə kondisioner xəbərdarlığı

Yol polisindən sürücülərə kondisioner xəbərdarlığı


“Yay fəslində qeydə alınan yol qəzalarının əksəriyyəti günorta saatlarında baş verir. Bu baxımdan sürücülərdən soyuducu sistemi olmayan avtomobillərdən günün isti vaxtlarında mümkün qədər istifadə etməmək tövsiyə olunur”.

Bunu azvision.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
DYP rəsmisinin sözlərinə görə, isti hava və havada olan müxtəlif qazlar sürücüyə həm psixoloji, həm də fizioloji təsir edir: “Son günlərdə hava temperaturunun ölkə boyu yüksək olmasını nəzərə alaraq, nisbətən uzaq məsafədə yola çıxan sürücülərdən kondisioneri olmayan avtomobillərdən saat 12:00-dən 18:00-dək mümkün qədər az istifadə etmələri və soyuducu sistemlə təchiz olunmuş ictimai nəqliyyat vasitələrinə üstünlük vermələri xahiş olunur. Günorta saatlarındada elə hadisələr olur ki, istinin müəyyən qədər ona əlavə təsiri var”.

K.Əliyevin fikrincə, konkret demək olmaz ki, hadisə isti hava şəraitində baş verir. Amma baş verən hadisə zamanı hava şəraitinin sürücüyə müəyyən mənfi təsirləri olur: “Həkimlər də bununla bağlı açıqlama veriblər ki, isti hava vurmasının özü də sürücüdə müəyyən qədər görmənin zəifləməsi, onun halının süstləşməsi və orqanizmdə müəyyən fizioloji proseslərin baş verməsinə səbəb olur. Bu isə sürücünün yolda diqqətli olmasına problemlər yaradır. Qeyd etmək istərdim ki, baş verən qəzalar daha çox sovet markalı avtomobillərin iştirakı ilə olur. Bunlar hardasa qəzaların 35-40 faizini təşkil edir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1149 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...