SOCAR Gürcüstana cərimə ödəməkdən imtina etdi

SOCAR Gürcüstana cərimə ödəməkdən imtina etdi


Gürcüstana neft məhsulları idxal edən şirkətlər Rəqabət Agentliyinin qərarına qarşı məhkəməyə iddia ərizəsi vermək niyyətindədir.

Bu barədə AzVision.az Gürcü KİV-nə istinadən xəbər verir. `SOCAR – Georgia` şirkətinin korporativ biznes departamentinin rəhbəri İrakliy Zubitişvili bəyan edib ki, iddia ərizəsi avqustun 15-nə qədər məhkəməyə veriləcək. `Biz haqlı olduğumuzu sübut eləmək niyyətindəyik. Hər şeyin necə yekunlaşacağını gözləyək. Bütün şirkətlər individual qaydada iddialar hazırlayırlar. Lakin ehtimal etmək olar ki, məhkəmədə bütün bu işlər birləşdiriləcək`, - deyə Zubitişvili bildirib.

Məlumata əsasən Gürcüstan Rəqabət Agentliyi tərəfindən aparılan araşdırmalar zamanı bəzi şirkətlərin avtomobil yanacağı bazarında ölkənin `Rəqabət haqqında` qanunvericiliyini pozduğu aşkarlanıb. Agentliyin yaydığı məlumata görə, araşdırma aparılan şirkətlər ümumi məbləği 55 milyon ları (25 milyon dollar) dəyərində cərimə ödəməlidir. Qanunu pozan şirkətlər arasında SOCAR Georgia petroleum MMC də var. Şirkət 14 381 385 lari məbləğində cərimələnib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1586 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...