Azərbaycan iş adamını axtarışa verdi FOTO

Azərbaycan iş adamını axtarışa verdi


Azərbaycan vergidən yayınan daha bir iş adamını beynəlxalq axtarışa verib. GUNDEMİNFO-nun APA-ya istinadən məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 52 yaşlı Azər Rəhimov Azərbaycan Cinayət Məcəlləsinin vergidən yayınma maddəsi ilə ittiham olunur. A. Rəhimov ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın əldə etdiyi məlumata görə, A. Rəhimov “Energo Kompleks” MMC-nin rəhbəri olub. O, külli miqdarda vergidən yayındığı üçün Azərbaycandan qaçıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1163 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...