"Neftin qiymətinin 30-40 dollar səviyyəsinə adaptasiya olmaq lazımdır"

"Neftin qiymətinin 30-40 dollar səviyyəsinə adaptasiya olmaq lazımdır"


Neftin və metalların ucuzlaşması, habelə Rusiya və Çin tərəfindən Qazaxıstan məhsullarına marağın azalması ölkə iqtisadiyyatına olduqca mənfi təsir göstərir. "APA-Economics" xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.

Onun sözlərinə görə, "mövcud iqtisadi reallığı nəzərə alaraq, neftin bir barelinin qiymətinin 30-40 dollar səviyyəsində olacağına adaptasiya olmaq lazımdır". Ölkə başçısı bildirib ki, neftin və metalların aşağı səviyyədə olan qiymətləri 5 il ərzində qorunacaq. "Bu dövr ərzində inkişafda olan ölkələrin investisiya və kapitala çıxışı məhdud səviyyədə olacaq", - deyə prezident qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
975 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...