Azərbaycanda 6 nəfər qidadan və dərmandan zəhərlənib

Azərbaycanda 6 nəfər qidadan və dərmandan zəhərlənib


Azərbaycanda 6 nəfər qidadan və dərmandan zəhərlənib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda yaşayan Rüfət Mehdixanlının evində qızları Leyla, Səmra və qohumu Bakı şəhər sakini Şahsənəm Abuzərli qidadan zəhərləniblər. Onlar xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Bundan başqa Gəncə şəhərində yaşayan Zaur Həsənov evində sirkə turşusundan, Abşeron rayon sakini Sara Ağayeva və Gəncə şəhər sakini Məhəbbət Hüseynova dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1066 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...