Hüquq müdafiəçiləri Azərbaycanda saxlanılan erməni hərbiçi ilə görüşüblər

Hüquq müdafiəçiləri Azərbaycanda saxlanılan erməni hərbiçi ilə görüşüblər


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Azərbaycana könüllü təslim olmuş erməni hərbçi Andranik Araratoviç Qriqoryanla görüşüblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov deyib ki, A. Qriqoryanın saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur: “Onunla görüşüb söhbət etdik. Saxlanma şəraitindən, ona qarşı münasibətdən hər hansı narazılığı olub-olmamasını soruşdum. Heç bir şikayəti yoxdur, razılığını bildirdi” . E. Behbudov qeyd edib ki, görüşdə məqsəd A. Qriqoryanın saxlanma şəraiti ilə maraqlanmaq olub.

Qeyd edək ki, martın 22-də Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1115 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...