“Azad seçkilər müsbətə doğru addım kimi qiymətləndiriləcək“

“Azad seçkilər müsbətə doğru addım kimi qiymətləndiriləcək“


“Noyabrda azad və şəffaf seçkilərin keçirilməsi Azərbaycanın demokratik inkişafında müsbətə doğru addım kimi qiymətləndiriləcək”

APA-nın ABŞ-ın Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsinə istinadən verdiyi məlumata görə, bu sözləri səfir Robert Sekuta Yeni Azərbaycan Partiyasının icra katibi, sədr müavini Əli Əhmədovla görüşü zamanı deyib. Görüşdə qarşıdan gələn parlament seçkiləri ilə bərabər ölkədə siyasi vəziyyət də müzakirə edilib. Qeyd edək ki, ABŞ səfiri parlament seçkiləri ərəfəsində digər siyasi partiyalarla da görüşlər keçirəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1037 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...