Türkiyənin müvəqqəti hökuməti ilk toplantısını keçirib

Türkiyənin müvəqqəti hökuməti ilk toplantısını keçirib


Əhməd Davudoğlu Miliyyətçi Hərəkat Partiyasının qurucusu, Toğrul Türkeşin atası Alparslan Türkeşin məzarını da ziyarət edib. Türkiyənin müvəqqəti hökuməti Çankaya Köşkündə ilk toplantısını keçirib. "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. Məlumata görə, iclasdan əvvəl nazrilər Atatürkün movzeleyini ziyarət ediblər.

"Anıtkabir"dəki Özəl dəftərə baş nazir Əhməd Davudoğlu bunları yazıb: "Cumhürriyyətimizi 21-ci əsrin güclü və etibarlı ölkələrindən biri etməyə, ədaləti qorumağa, hər vətəndaşımızın insan haqları və azadlıqlarını təmin etməyə, insanlarımıza və ölkəmizə zərər vermək istəyənlərə qarşı bütün sahələrdə mübarizə apararaq, böyük Türkiyə hədəfinə doğur irəliləmək üçün qətiyyətlə çalışacağımıza hökumətimiz adından söz verirəm". Məlumata görə, diqqətçəkən məqamlardan biri Miliyyətçi Hərəkat Partiyasının sədr müavini və baş nazirin müavini Toğrul Türkeşin baş nazir Əhməd Davudoğlunun xidməti avtomobilində Anıtkabiri tərk etməsidir. Avtomobildə Ə.Davudoğlu və T.Türkeş əyləşib.

Müvəqqəti hökumətin Anitkabirdəki mərasimindən sonra baş nazir Əhməd Davudoğlu müavini Toğrul Türkeşlə birlikdə Miliyyətçi Hərəkat Partiyasının qurucusu, Toğrul Türkeşin atası Alparslan Türkeşin məzarını da ziyarət edib. Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinə növbədənkənar seçkilər noyabrın 1-də keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1069 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...