YAP-dan rektor deputatlarla bağlı açıqlama

YAP-dan rektor deputatlarla bağlı açıqlama


`Dövlət universitetlərinin rektorlarından kiminsə adı Yeni Azərbaycan Partiyasının (YAP) seçki siyahısında olacaqsa, həmin şəxslərin rektorluqdan gedəcəyi ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir`. Bu barədə AzVision.az-a açıqlamasında YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

O, qeyd edib ki, modern.az saytı heç bir mənbəyə əsaslanmadan belə bir məlumat yayıb və yalan xəbərə görə təkzib verəcək: `Deputat olacaq şəxslərin rektorluqdan azad ediləcəyi ilə bağlı informasiya həqiqəti əks etdirmir. Əgər belə bir xəbər olsa belə partiyanın seçkilərdə iştirak edəcək namizədlərinin siyahısı açıqlananda bilinəcək`.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1110 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...