"Çünki onlara sahibləri belə buyurublar"
“Azərbaycanda parlament seçkilərinin keçirilməsi üçün hazırlıq mərhələsinə yenicə başlansa da, indidən seçkilərin nəticələrinə kölgə salmağa cəhd göstərilməsi ilə bağlı bəyanatlar səslənir”. Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev ABŞ-da yerləşən insan haqları təşkilatı "Freedom House"-un bəyanatına münasibət bildirərkən deyib.
O, qeyd edib ki, bu, "Freedom House"-un Azərbaycana qarşı qəbul etdiyi ilk belə qərəzli və ədalətsiz bəyanat deyil: “Bu vaxta qədər özünü insan haqları təşkilatı hesab edən bu təşkilat Azərbaycanın əleyhinə dəfələrlə müxtəlif məsələlər üzrə qərəzli, ədalətsiz, fitnəkar bəyanatlar qəbul edib. Azərbaycan bütün dünyaya öz tolerantlığını, multikultiralizm dəyərlərini nümayiş etdirdiyi vaxtda bu təşkilat bir dəfə də olsun Azərbaycanda baş verən və dünyanın əksər dövlətləri tərəfindən qəbul olunmuş müsbət dəyişiklikləri qəbul etmir və bu barədə susur. Çünki onlara sahibləri belə buyurublar”
R.Əliyev əlavə edib: “Çox maraqlıdır. Seçki 1 noyabr 2015-ci il tarixində keçriləcək. Ancaq qabaqcadan seçkilərin nəticələrinə kölgə salmaq kimin maraqlarına cavab verir? Cavab aydındır. Elə bu günlərdə Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli, ədalətsiz, çirkin və fitnəkar qətnamə göstərdi ki, Azərbaycanın müstəqilliyini, beynəlxalq aləmdə artan nüfuzunu həzm etməyən qüvvələr sakitləşə bilmirlər. Artıq Azərbaycan Prezidenti cənab İlham Əliyev və Milli Məclis tərəfindən də bu qətnaməyə pirnsipial qiymət verilib. Qoy özünü insan haqları təşkilatı hesab edən "Freedom House" erməni qəsbkarları tərəfindən öz doğma ata-baba yurdlarından qovulmuş bir milyondan çox azərbaycanlının və hazırda qərb dövlətlərinin törətdiyi müharibələrin, iğtişaşların nəticəsində öz doğma vətənlərini tərk etmiş Şimali Afrikadan, Suriyadan və digər ölkələrdən olan və Avropaya üz tutmuş qaçqınların hüquqlarının qorunması ilə məşğul olsun”.
1213 dəfə oxundu