Tənzilə Rüstəmxanlı deputatlığa namizəd olacaq - DAİRƏ DƏQİQLƏŞDİ
“Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bu il parlament seçkilərində deputatlığa namizəd olacaq.
Bu barədə Lent.az-a açıqlama verən T.Rüstəmxanlı bildirib ki, namizədliyini 42 saylı Sumqayıt ikinci seçki dairəsindən irəli sürməyi düşünür: “Hələ ki, sənədlərimi təqdim etməmişəm. Ancaq düşünürəm ki, belə olacaq. İnşallah, yaxın günlərdə açıqlayacam”.
Xanım Rüstəmxanlı həyat yoldaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının namizədliyi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, böyük ehtimalla S.Rüstəmxanlı namizədliyini geri götürəcək və seçkilərdə iştirak etməyəcək.
Qeyd edək ki, VHP sədri APA-ya açıqlamasında bildirmişdi ki, həyat yoldaşı Tənzilə Rüstəmxanlı ilə razılaşdırdıqdan sonra namizədliyini irəli sürəcək: “Mən deputatlığa namizədliyimi irəli sürməyi düşünürəm. Azərbaycanda belə bir ənənə yaranıb ki, guya ər-arvad, yəni, bir evdən iki nəfər Milli Məclisə seçilə bilməz. Buna görə də, yəqin ki, Tənzilə Rüstəmxanlı həmişə olduğu kimi sonuncu qərarında da mənə güzəştə gedəcək. Keçən dəfə də buna bənzər bir şey olmuşdu, sonda Tənzilə xanım mənə güzəştə getdi. Düşünürəm ki, bu dəfə də eyni vəziyyətdir”.
T.Rüstəmxanlı isə daha sonra mətbuatda tam tərs məzmunlu açıqlama ilə çıxış edib bildirmişdi ki, namizədliyini irəli sürməyi düşünür. Xatırladaq ki, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsinin hazırkı deputatı Musa Qasımlıdır. M.Qasımlı builki seçkilərdə dairəsini dəyişərək Sabir Rüstəmxanlının deputat olduğu 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini irəli sürüb.
1097 dəfə oxundu