Anar Nəcəflidən “Abutalıbovu ifşa” açıqlaması

Anar Nəcəflidən “Abutalıbovu ifşa” açıqlaması


Dostlar, bəzi xəbər saytları mənim açıqlamalarımdan ibarət bir xəbər paylaşıblar və bu xəbər oxunsun deyə, reytinq xatirinə başlığını da qoyublar ki, "Azəryolservis" Hacıbala Abutalıbovu ifşa etdi"...

Axar.az xəbər verir ki, bu sözləri Azəryolservis ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, fikirləri təhrif olunub: “Mən orda qeyd etmişəm ki, yolların çəkilişi, təmiri əsasən yaz, yay və payızın ilk aylarında aparılır. Yağışlar yağarkən asfalt-beton döşənməsini həyata keçirmək olmur, yağıntılı günlərdə vurulan asfaltın keyfiyyəti aşağı düşür. Ancaq bu belə başa düşülüb ki, ümumiyyətlə payız-qış mövsümündə asfalt işləri görülmür.

Hörmətli media nümayəndələri, bu, belə deyil. Yenə təkrarlayıram, yağıntılı havalardan söhbət gedir. Digər günlərdə, yağıntısız günlərdə isə asfaltın döşənməsində heç bir problem yoxdur. İstər payız olsun, istərsə də qışın oğlan çağı”. A.Nəcəfli qeyd edib ki, payız-qış mövsümündə havaların əsasən yağıntılı keçdiyini nəzərə alaraq, işləri əsasən yaz və yay aylarında aparırlar: “Ancaq bu o demək deyil ki, payız-qış mövsümündə istər Azəryolservis ASC-də, istərsə də yol çəkilişi, təmiri ilə məşğul olan digər qurumlarda işlər dayanır.

Xahiş edirəm bu cür xəbərləri verəndə bir az diqqətli olaq və reytinq arxası ilə qaçarkən əsla hər şeyi unutmayaq!” Qeyd edək ki, A.Nəcəfli mediaya açıqlamasında "Azəryolservis" soyuq, yağışlı havalarda, yalnız qəza şəraiti istisna olmaqla, yollarda asfalt döşənməsi və ya hər hansı əsaslı təmir işlərini həyata keçirmədiyini demişdi. Onun sözlərinə görə, yağışlı havalarda döşənən asfaltın keyfiyyəti ölür. Ona görə də işlər yaz və yay aylarında, bir də payızın əvvəlində, isti günlərdə olur.

Bakı şəhər İcra Hakimiyyətinin hazırda bir neçə küçədə təmir işi apardığını vurğulayan media A.Nəcəflinin bu açıqlamasını “Azəryolservis" Abutalıbovu ifşa etdi” başlığı ilə təqdim etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
967 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...