Azərbaycanda 719 nəfər İİV-dən ölüb

Azərbaycanda 719 nəfər İİV-dən ölüb


Bu il iyunun 1-dən etibarən Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 62 302 şəxs İİV-ə görə müayinəyə cəlb edilib. Nəticədə 45 nəfərdə İİV-ə yoluxma təsdiqlənib. GUNDEMİNFO.AZ xəbər verir ki, APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov bildirib.

Onun sözlərinə görə, bu ilin 11 ayı ərzində Azərbaycanda 618 nəfər İİV infeksiyasına yoluxub. Həmin şəxslərin 598-i Azərbaycan vətəndaşı, 20 nəfəri isə əcnəbidir. Qeydiyyata alınmış 598 Azərbaycan vətəndaşının 409-u kişi, 189-u qadındır.

Ümumilikdə Azərbaycanda 4453 nəfər İİV-lə yaşayan insanın qeydiyyatda olduğunu deyən N.Zülfüqarov əlavə edib ki, onların 73,1 faizi (3257 nəfər) kişi, 26,9 faizi (1197 nəfər) qadındır.

Mərkəz rəsmisi qeyd edib ki, hazırda ölkədəki xəstələrin 1229 nəfəri QİCS mərhələsindədir. İndiyədək Azərbaycanda İİV infeksiyasından 719 nəfər dünyasını dəyişib. Bu infeksiyaya yoluxmaların 49 faizi inyeksion narkotik nəticəsində, 41 faizi heteroseksual, 2 faizində homoseksual yol, 1,8 faizi anadan uşağa keçməklə baş verib. Yoluxma bir nəfərə donor qanı ilə (0,02%) keçib. İİV-ə yoluxanların 6,2 faizində yoluxma yolu müəyyən edilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
960 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...