Rusiya Türkiyədə oxuyan bütün tələbələri geri qaytaracaq QALMAQAL BÖYÜYÜR

Rusiya Türkiyədə oxuyan bütün tələbələri geri qaytaracaq


Akademik mübadilə proqramı üzrə Türkiyədə təhsil alan Rusiya vətəndaşı olan bütün tələbələr qısa müddətdə ölkəyə qaytarılacaq". "Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Türkiyədə yüzdən az rusiyalı tələbə təhsil alır. Qeyd edək ki, bu yaxınlarda Rusiyanın təhsil naziri Dmitiri Livanov ölkəsinin ali təhsil müəssisələrinin rəhbərliyinə Türkiyə ilə əməkdaşlığın dayandırılması haqda məktub göndərib.

Nazirin məktubunu mətbuat xidməti belə izah edib: "Həmin məktubda rusiyalı müəllimlərin və tələbələrin Türkiyəyə səfərinin təxirə salınması nəzərədə tutulub". Nazrilik onu da bildirib ki, iki ölkə arasında ümumi təhsillə bağlı bir razılaşma mövcuddur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1076 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...