Türkiyə Rusiyadan 1976-cı ilin qisasını aldı - SSRİ Türkiyə təyyarəsini necə vurmuşdu?
Türk tarixçiləri türk F-16-ı Rusiyanın S-24 bombardmançısını vurdu deyə bağıran ruslara keçmişlərini xatırladıb.
Avropa.info xəbər verir ki, SSRİ dövründə hav məkanı pozan Türkiyə təyyarəsi o zaman ruslar tərəfindən vurulmuşdu.
24 avqust 1976-cı ildə 184-cü donanmaya aid 2 ədəd RF-5A təyyarəsi Siirt, Ağrı və Muş istiqamətində kəşfiyyat aparmaq üçün havaya qalxmışdı. Təyyarələr onlarda quraşdırılan kameralarla havadan yerüstü obyektlərin fotolarını çəkirdilər. Flaqman təyyarədə baş leytenant Sahir Beceren, iki nömrəli təyyarədə baş leytenant Hikmət Boğatır uçurdu.
Muşdan Ağrıya istiqamətlənən pilotlar təyyarədə baş verən nasazlıq üzündən sərhəd xəttini təqib edə bilməmişdilər. Qısa vaxt ərzində sərhədi pozan təyyarələrə SSRİ tərəfi 4 raket buraxmışdı. İki nömrəli RF-5A təyyarəsi saat 09:55 radələrində vuruldu.
Pilot təyyarədə bərk partlama səsi eşidincə bütün xəbərdarlıq siqnalları yanmışdı. Komanda sistemi boşalmışdı. Baş leytenant Hikmət Boğatır təyyarənin katapultundan istifadə edərək, təyyarəni tərk edib. RF-5A tipli təyyarə İğdirin 7 km cənubuna düşmüşdü.
Qəza baş verən ərazidə müəyyən edilmişdi ki, iki təyyarə təxminən 1-1,5 km məsafədə sərhədi pozub. Raketlərlə vurulan təyyarə isə raketlərin partladığı ərazidən 7-8 km aralı məsafədə düşmüşdü.
Məlum olduğu kimi Türki Hava Qüvvələrinə məxsus RF-4E tipli təyyarə bu hadisədən illər sonra, 22 iyun 2012-ci ildə Aralıq dənizi beynəlxalq suları üzərində vurulmuşdu. Hadisə zamanı iki pilot şəhid olmuş, təyyarələri vuran raketlərin Rusiya istehsalı olduğu müəyyən edilmişdi. Hadisədən sonra Türkiyə bölgədəki uçuş qaydalarını dəyişdirmişdi.
Rusların tarix boyu vurduqları təyyarələr:
1 sentyabr 1983: Nyu-York JFK aeroportundan Seula uçan Koreya Hava Yollarına məxsus sərnişin təyyarəsi səhvən SSRİ hava məkanına girmişdi. 240 sərnişin, 29 ekipaj üzvü daşıyan təyyarə ruslara məxsus S-15 qırıcısı tərəfindən iki ədəd hava-hava tipli raketlə vurulmuşdu. SSRİ təyyarəni özü vurduğunu yalnız br həftə sonra etiraf etmiş, onu casus təyyarəsi ilə səhv saldıqlarını bildirmişdilər. SSRİ hadisəyə görə üzr istəmədi. Təyyarənin qara qutuları yalnız bu dövlət dağılandan sonra 1993-cü ildə Cənubi Koreyaya verildi.
14 iyun 2014-cü il: Ukrayna Hava Qüvvələrinə məxsus Ilyushin II-76MD tipli daşıma təyyarəsi Luqansk səmasında rus separatçıları tərəfindən yerə enərkən vuruldu. 40 desant, 9 ekipaj üzvü olmaqla 49 nəfər həlak oldu. Hərbi təhlillər göstərdi ki, təyyarənin vurulması zamanı “İqla” raketlərindən istifadə olunub.
17 iyul 2014: Amsterdamdan 283 nəfər sərnişin, 15 ekipaj üzvü ilə Kuala Lumpura uçan Malayziya Hava Yollarına məxsus “Boeing 777” sərnişin təyyarəsi Rusiya yönlü separatçıların nəzarətindəki Donetsk ərazisindən 10 km yüksəklikdə vurulmuşdu. Hadisə bütün dünyada şok effekti yaratmışdı. Ukrayna və Rusiya bir-birilərini ittiham edərkən separatçıların lideri İqor Strelkov təyayrənin düşməsi ilə bağlı “Az əvvəl Ukrayna dövlətinə aid br nəqliyyat təyyarəsini vurduq. Melki itki yoxdur” mesajı yazmışdı. Lakin təyyarənin sərnişin təyyarəsi olduğunu bildikdə mesajını silmişdi.
Hollandiya və beynəlxalq ekspertlərin apardığı tədqiqatlar nəticəsində təyyarənin Rusiya istehsalı Buk-M raket-zenit kompleksi ilə vurulduğu yəqin edilmişdi.
1078 dəfə oxundu