ABŞ-ın İstanbuldakı konsulluğu işini dayandırır

ABŞ-ın İstanbuldakı konsulluğu işini dayandırır


ABŞ-ın İstanbuldakı Konsulluğu çərşənbə günü təhlükəsizliklə əlaqədar işini dayandıracaq. AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə konsulluğun saytında məlumat yayılıb. `Mümkün təhlükə barədə məlumatlarla əlaqədar, ABŞ-ın İstanbuldakı səfirliyi 2015-ci ilin 9 dekabr tarixində məhdud rejimdə çalışacaq`, - elanda deyilir.

Məlumatda, həmçinin qeyd olunur ki, bu gün üçün planlaşdırılmış xidmətlər başqa tarixə təyin ediləcək. Konsulluq ABŞ vətəndaşlarını “yüksək səviyyəli sayıqlıq göstərmək, yerli hadisələri təqib etmək və öz təhlükəsizliyinin səviyyəsini möhkəmləndirmək üçün tədbirlər görməyə çağırıb”. İstanbul konsulluğundan başqa, ABŞ-ın Ankarada səfirliyi, Adanada konsulluğu və İzmirdəki nümayəndəliyi adi rejimdə çalışacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
921 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...