Abdulla Abdullayevin məhkəməsi başa çatdı

Abdulla Abdullayevin məhkəməsi başa çatdı


Bakı Apellyasiya Məhkəməsində “A.M.A.Y” ticarət mərkəzinin həbsdə olan rəhbəriAbdulla Abdullayevin apellyasiyaşikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, A. Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Abdullayev 13 il il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A. Abdullayev bəraət hökmünün çıxarılması barədə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1074 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...