Tahir Kərimlinin təklifinə Natiq Cəfərlidən REAKSİYA: “Belə bir şey mövcud deyil”

Tahir Kərimlinin təklifinə Natiq Cəfərlidən REAKSİYA:

Xəbər verdiyimiz kimi, Milli Məclisin iyunun 22-də keçirilən növbədənkənar iclasında “2022-ci il üçün dövlət büdcəsin dəyişikliklərin edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub. Layihəyə əsasən, neftin bir barreli üçün proqnoz qiyməti 50 dollardan 85 dollara çatdırılıb.

Müzakirələr zamanı millət vəkili Tahir Kərimli təkliflə çıxış edərək bildirib ki, təbii qazın hər kubmetrinə görə qiymətlər də büdcəyə təklif olunan dəyişikliklərdə nəzərə alınmalıdır.

Deputat fikirlərini onunla əsaslandırıb ki, bu il qaz qiymətlərinin də yüksəlməsi səbəbindən, Azərbaycanda ilk dəfə olaraq dövlət büdcəsinə qaz ixracından gələn gəlirlərin həcmi, neftdən gələn gəlirlərə yaxın həddə olub.

Bəs, millət vəkilinin bu təklifi reallaşa bilərmi?

Mövzunu Bizim.Media üçün şərh edən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, dövlət büdcəsində, ümumiyyətlə, qaz qiymətləri ilə bağlı ayrıca olaraq hər hansı proqnozlaşdırma mövcud deyil:

“Neft Fonduna daxilolmalarla bağlı ümumi proqnozlar var. Bu da neft qiymətlərinin əsas götürülməsi, qazın da neft qiymətlərinə uyğun hesablanmasına görədir. Azərbaycanın satdığı qazın qiyməti uzunmüddətli müqavilələrlə tənzimlənir. Bu sazişlərə əsasən, neft qiymətlərinin rüblük dəyişikliyinə görə qiymət təyin olunur. Yəni, neft qiymətləri nə qədər baha olarsa, bəlli bir formulla qaz da baha satılır”.

Ekspert qeyd edib ki, bu səbəbdən layihəyə qazla bağlı əlavə hər hansı müddəanın daxil edilməsinə ehtiyac yoxdur:

“Heç orda proqnoz qiymətlərə də ehtiyac yoxdur. Məsələn, Türkiyə ilə bizim müqaviləmiz 2024-cü ilə qədərdir. Və bəlli formulla qiymətin rüblük dəyişməsi nəzərdə tutulub. Neft qiymətləri isə gündəlik bazarda dəyərlədirildiyi üçün ortalama qiymət və daha aşağı, konservativ yanaşma ortaya qoyulur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
748 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...