Müstəqilliyimiz Sevil Qazıyeva parkına niyə gəlib çatmayıb? – Rusiya səfirliyinin yanında... - FOTOFAKT
Nəsimi rayonu ərazisində Abbasqulu Ağa Bakıxanov küçəsində baxımsız qalan daha bir park var. 50 ildən artıq yaşı olan bu park öz dövrünün qəhrəmanı olan Sevil Qazıyevanın adını daşıyır.
Bir zamanlar hər kəsin ən çox üz tutduğu ünvanlardan biri olan bu parka gənclər əylənməyə deyil, öyrənməyə gəlirdi.
Çünki, Sevil Qazıyeva Azərbaycanda ilk qadın mexanizator idi. Və o sadə əməyi və zəhmətsevərliyi ilə bütün SSRİ-yə səs salmışdı. Bir zamanlar, bura gələn gənclər də bu qəhrəman qızdan örnək almaq, ona oxşamağa çalışırdılar.
İndi bu park park baxımsız vəziyyətdədir. Ərazini alaq otları basıb. Quraşdırılan oturacaqların çoxu sındırılıb. Pilləkənlərə döşənən mozaika daşları qopub, dağılıb. Parkdakı fəvvarə xarab olduğundan su əraziyə axır. Bu da əlavə üfunət yaradır.
Ondan başqa bu parkın Azərbaycan əlifbasının latın qrafikasına keçidindən də xəbəri yoxdur. “Гызлар арасында памбыгyыган машынын илк суручу механизатору Сосиалист Əмəуи гəhрəманы Севил Газыyева” lövhəsinin krill əlifbası ilə yazılışı da onu göstərir ki, park uzun illərdir ki, diqqətdənkənar qalıb.
Üstəlik, bildiriş lövhəsi abidənin önünə deyil arxasına vurulub. Bundan əlavə baxımsızlıq səbəbi ilə ərazidən keçən bəzi sakinlər təbii ehtiyaclarını abidənin arxasında ödəyir.
Bir sözlə, bir zamanların məşhur və sevilən ünvanı olan Sevil Qazıyeva parkı indi ağrılı-acılı günlərini yaşayır. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, Nəsimi rayonundan millət vəkili seçilmiş Asim Mollazadə Bizim.Media ilə söhbətində məsələyə münasibət bildirib:
“Düzü məlumatım yox idi. Yaxşı edib problemi qaldırırsınız, mən də məlumatlandım. Çalışacam ki, problemi müvafiq qurumların diqqətinə çatdırım”.
Qeyd edək ki, park ən çox gedişli-gəlişli olan Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin sağ tərəfində, diqqət mərkəzində yerləşir.
Mövzunu davam etdirəcəyik…
1051 dəfə oxundu