Generalın səhhəti pisləşdi, nitqi tutuldu - Vəzifədən azad olunur?

Generalın səhhəti pisləşdi, nitqi tutuldu -
Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Cavad oğlu Tağı-zadənin səhhətində ciddi problemlər yaranıb.

Gundeminfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ötən ilin aprel ayında FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsindən sonra nazir müavinin səhhətində ciddi problemlər yaranmağa başlayıb. General-leytenant hazırda nitq pozulması, beyin təzyiqi diaqnozları ilə müalicə olunur.

Məlumata görə, Faiq Tağı-zadə bülletenə çıxaraq, nazirlikdəki əmək fəaliyyətini dayandırıb. Bu ilin noyabr ayında 71 yaşı tamam olacaq nazir müavinin vəzifəsindən azad olunacağı gözlənilir.

Qeyd edək ki, Faiq Tağı-zadə 17 noyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, tibb elmləri namizədidir. 3 may 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilib. Ailəlidir. 3 övladı var.

2021-ci ilin aprelində həbs olunan FHN-nin Zığdakı Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev Faiq Tağı-zadənin bacısı oğludur. İmran Ağayev və xəstəxananın bir neçə əməkdaşı xəstələrdən pul almaqda ittiham edilib.

Generalın bacısı oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 3 ay azadlıqdan məhrum edilsə də, Bakı Apellyasiya Məhkəməsi cəzanı 4 ilə endirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
693 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...