AZAL bu helikopterləri yenidən satışa çıxarır - Qiyməti yarım milyon aşağı saldı

  AZAL bu helikopterləri yenidən satışa çıxarır -
Daha əvvəl 3 dəfə açıq hərraca çıxarılan "Azərbaycan Hava Yolları" QSC-ə (AZAL) məxsus 3 ədəd helikopter 4-cü dəfə hərraca çıxarılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilib.
Məlumatda göstərilir ki, 1 ədəd “Airbus Helicopters EC-135P2” və 2 ədəd “Airbus Helicopters EC-155B1” helikopteri 10 oktyabr 2022-ci il tarixində yenidən hərraca çıxarılacaq.
“Airbus Helicopters EC-155B1” helikopterləri 2005-ci, “Airbus Helicopters EC-135P2” helikopteri isə 2009-cu ildə istehsal olunub.
Hava nəqliyyatı vasitələrinin hər birinin start qiyməti 1,5 milyon manat olacaq.
Qeyd edək ki, əvvəlki hərraclar bu ilin mart ayının 1-də, iyul ayının 21-də və sentyabr ayının 1-də keçirilib. Əvvəlki 2 hərracda hava nəqliyyatı vasitələrinin hər birinin start qiyməti 2 milyon, sonuncu hərracda isə 1,8 milyon manat olub.


  AZAL bu helikopterləri yenidən satışa çıxarır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
487 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...