"İqtisadi böhran bizə az təsir edəcək"

"İqtisadi böhran bizə az təsir edəcək"


“Demək olmaz ki, iqtisadi böhranın bizim sahəyə təsiri yoxdur. Çünki, onun hər bir sahəyə təsiri olacaq”.

AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.

Onun sözlərinə görə, yanacağın qiymətində dəyişiklik olmadığından iqtisadi böhranın təsiri daha az olacaq: “Bu il biz 300 artezian quyusu qazıb istifadəyə vermişik. Böhran olmasına baxmayaraq, prezidentin ehtiyat fondundan ayrılan 10 milyon vəsait hesabına gələn il 150 artezian quyusu qazılacaq”.

Ə.Əhmədzadə bildirib ki, gələn il Samur-Abşeron suvarma sistemi yenidən qurulacaq: “Bu illər ərzində su anbarları tikib. Bir neçə kanalları bərpa etmişik. Gələn il yeni kanallar çəkəcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
942 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...