Mərkəzi Bank dollar kreditlərini müzakirə edir

Mərkəzi Bank dollar kreditlərini müzakirə edir


Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) ölkənin kommersiya banklarının İdarə Heyətinin sədrləri ilə görüş keçiriləcək.

GUNDEMİNFO.AZ fins.az-a istinadən xəbər verir ki, bankirlər qurumun baş direktoru Rəşad Orucovla görüşəcək.
Görüşdə milli valyutanın “üzən məzənnə” rejiminə keçirilməsindən sonra bank sektorunda yaranmış vəziyyət, dollarla götürülmüş kreditlərin qaytarılmasındakı çətinlikliklər, bununla bağlı əhali arasında yaranmış narazılıq, vəziyyətdən çıxış yolları müzakirə olunacaq.

AMB-dən o da bildirilib ki, görüşə bütün bank rəhbərləri deyil, kredit qoyuluşunda əhəmiyyətli paya malik olan, sistem əhəmiyyətli bankların sədrləri dəvət olunub. Görüşün nəticəsi olaraq ölkənni bank sektorundakı gərginliyini azaldılması ilə bağlı tədbirlər hazırlana bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1000 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...