Azərbaycan Fransadan böyük həcmdə məxfi məhsullar alıb – Təfərrüat

Azərbaycan Fransadan böyük həcmdə məxfi məhsullar alıb –

Bu ilin yanvar ayında Azərbaycan Fransadan 185 milyon 71 min dollar dəyərində məhsul idxal edib.
Yeniavaz.com-un məlumatına görə, Fransadan idxalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14 dəfə artıb.
Ötən ilin yanvar ayında Fransa Azərbaycana ən çox məhsul idxal edən ölkələrin sıralamasında 14-cü sırada olduğu halda bu ilin yanvar ayında Rusiyadan sonra 2-ci sırada qərarlaşıb. Fransa idxalda Azərbaycanın əsas ticarət tərəfdaşı olan Türkiyə və Çinin önünə keçib.
Məlumat üçün bildirək ki, Fransadan idxal olunan məhsullar məxfi məhsullar siyahısına daxil edilərək adları açıqlanmayıb.
Qeyd edək ki, bu cür məhsullara əsasən silah-sursat daxil edilir və onların gömrük mal kodları 93 ədədi ilə işarələnir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
303 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...