Vergi Xidmətində sahibkarlarla növbəti görüş keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı, eləcə də qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində təkliflərinin öyrənilməsi məqsədilə görüşlərin keçirilməsini davam etdirir.
Vergi Xidmətində tikinti materialları istehsalçılarının vergilərlə bağlı təklifləri müzakirə edilib
Növbəti belə görüş Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının, sahibkarların və Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin nümayəndələrinin iştirakı ilə baş tutub.
Görüşdə sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı təklifləri dinlənilib, əmək müqavilələrinin bağlanılması, sənəd dövriyyəsinin azaldılması, regionlarda bina tikintisinin təşviqi mexanizmlərinin yaradılması və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Dövlət – biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davamlı olacağı iştirakçıların diqqətinə çatdırılıb.
94 dəfə oxundu